• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 12.06.2017 23:58

Şəmkirdə Rəşam ləqəbli narkobaron saxlanıldı

KepezTV Player

Şəmkirdə xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Polis yaşadığı mənzildə çətənə kolları əkib-becərən şəxsi quruduldulmuş marixuana ilə birgə ələ keçirib.  

Şəmkir rayon sakini 40 yaşlı Ürəkşam Məmmədovun ürəyini polis elə şam kimi əridib. Daxil olan əməliyyat məlumatına əsasən axtarış aparan polis əməkdaşları Ürəkşamın yaşadığı ünvandan sözün əsl mənsaında ürək əsdirəcək vasitələr aşkarlanıb.

Mehrab Məmmədov müstəntiq: “Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü Məmmədov Ürəkşam Sədyar oğlunun yaşadığı evin həyatyanı sahəsindən  külli miqdarda yəni 57 ədəd çətənə kolları 6 kloqram 411 qram narkotik vasitə olan qurudlmuş marixuana və 54,78 qram çətənə bitkilərinin toxumları aşkarlanaraq götürülüb”.

Əvvəllər bir dəfə məhkumluq həyatı yaşayan Ürəkşam Məmmədov kamera qarşısında peşmançılğını gizlətməyib. O narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə etdiyini deyib. Bununla belə çətənə kollarının becərilməsinin o qədər də asan olmadığını dilə gətirib.

Ürəkaşam Məmmədov saxlanılan şəxs: “Narkotiki özüm istifadə etmək üçün əkmişəm. Əvvəlcədən su verirdim. Mən bunun çəkəniyəm. İndi çox peşmanam”.

Rəşam ləqəbli şəxs barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

 

Natiq Hüseyn