• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 12.06.2017 10:02

“Robomebel” evdə müəyyən qədər yerə qənaət edəcək

Hələ 2014-cü ildə Massaçusets Texnologiya İnstitutunun mühəndisləri ekstremal CityHome layihəsi barədə açıqlama vermişdilər. Layihəyə əsasən, kiçik otaqlarda robotlaşdırılmış mebellər quraşdırılır. İdeya real kommersiya məhsulu olan Ori Systemsdən bəhrələnib. Bu sistemin mərkəz elementi qismində iri, “ağıllı” şkaf-transformer çıxış edir. O, otaq şəraitinə uyğun müxtəlif forma ala bilir. Qutunu qatlamaqla yataq otağından mətbəxə, qonaq otağından isə ofis stoluna çevirmək mümkündür. Ori əmrləri səs vasitəsilə yerinə yetirir. “Robomebel” 10 min dollara satışa çıxarılıb. Yeniliyi hələlik ABŞ-ın şirkətləri ala bilər.

 

Cavanşir Məmmədzadə