Yarışda sərbəst güləş yığmamızın üzvləri də iştirak edir. Komandamız turnirə 5 çəkidə 10 güləşçi ilə yollanıb. Heyətdə əsasən gənclərə şans veriləcək.
Baş məşqçi Firdovsi Umudov yarışda Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov (hamısı 57 kq), Qalib Əliyev (61 kq), Pənah İlyaslı (65 kq), Teymur Məmmədov, Coşqun Əzimov (hər ikisi 70 kq), Kənan Əliyev, Murad Xaliqov və Aleksandr Qostiyevə (hamısı 86 kq) güvənəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.
Orxan Cəfərzadə
- Baxış: 384