Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Qax-Qorağan yolunun 7-ci kilometrliyində, yolun Alatəmir kəndi ərazisindən keçən hissəsində baş verib. Qaxın Lələli kənd sakini 56 yaşlı Məhsun Orucovun idarə etdiyi "Tavriya" markalı avtomobillə, Qusar sakini Vaqif Əhmədovun sükanı arxasında olduğu "BMW" markalı avtomobil toqquşub. "BMW" yolun əks istiqamətində olan qaz borusuna dəyərək dayanıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücü Məhsun Orucov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin yardım göstərilib, vəziyyəti kafidir. Faktla bağlı Qax rayon Polis şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 746