• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 05.06.2017 13:03

Buxarestdən 4 medalla

Azərbaycan cüdoçuları Rumıniya paytaxtında başa çatan "Bucharest Open" turnirində 4 medal qazanıblar. Fəxri kürsünün ən yüksək pilləsi 90 kq çəki dərəcəsində çıxış edən Tural Safquliyevə qismət olub. Millimizin daha 3 cüdoçusu isə finalda uduzub. 73 kq-da Hüseyn Rəhimli, 81-də Fəqan Quluzadə və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri yarışı ikinci pillədə bitiriblər. Ümumilikdə 1 qızıl və 3 gümüş medala yiyələnən yığmamız kişilərin mübarizəsində 1-ci yeri tutub.  

Orxan Cəfərzadə