Daşkəsən rayon sakini həmkəndlisi tərəfindən döyülüb. Rayonun Əmirvar kənd sakini 26 yaşlı Fədail Qasımov başından aldığı xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Dediyinə görə o, həmkəndlisi tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 401