Dünyanın yaşıl meydanlarında milli komandaların iştirakı ilə yoxlama oyunları davam edir. DÇ-2018in seçmə qrup oyunları üçün çalışmaları davam etdirən yığmalar yoldaşlıq görüşləri ilə hazırlığın səviyyəsini yoxlamağa çalışırlar.
Belə görüşlərin birində Meksika – İrlandiya komandası ilə üz-üzə gəlib. Xesus Ruis, Raul Ximenes və Karlos Velanın zərbələri ilə qələbə hesabını tənim edən meksikalılar cəmi bir qola üzülüblər. Bu da irlandlar üçün təsəllidən başqa bir şey olmayıb.
Digər yoxlama oyununda İsveçrə və Belarus yığmaları görüşüb. Oyun birincililərin minimal hesablı qələbəsi ilə sonuclanıb. Matçın yegənə dəqiq zərbəsi Xerdan Şakirinin ayağına yazılıb. O, mükəmməl zərbə ilə komandasına qələbə qazandırıb.
Azad Rəfi
- Baxış: 337