• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 02.06.2017 10:01

Britaniyalı ixtiraçı mikrodalğalı qurğunu oyun konsoluna çevirdi

Britaniyalı ekssentrik ixtiraçı və populyar bloqqer Kolin Farz izləyicilərini daha bir qeyri-adi qurğu isə sevindirib. Bu ixtira, mikrodalğalı sobada yemək hazırlayarkən başlarını qatmaq istəyənlərin ürəyincə olacaq. Farz sobanı elə quraşdırıb ki, onu həmçinin oyun konsolu kimi də istifadə etmək olar. Play-o-Wave adını alan yeni cihaz özündə mikrodalğalı soba, qapısında rəngli ekran, paneldə isə əlavə qoşqular və video oyun kontrolleri üçün yuvadan ibarətdir. Farz qurğunun iş qabiliyyətini nümayiş etdirmək üçün sobaya iki dəqiqə müddətində üzərinə fındıq yağı sürtülmüş soğan qoyub və bu vaxt ərzində sobanın ekranında velosiped yarışı ilə bağlı oyun oynayıb.

 

Cavanşir Məmmədzadə