![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/kubok_51.jpg?itok=581lx-4y)
Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə baş tutan yarışda 4 komanda – “Araz Naxçıvan”, MOİK, “Mil-Muğan” və “Zaqatala” iştirak ediblər. Yarışın qalibi və mükafatçıları sonuncu turda müəyyənləşib. Həlledici görüşdə "Araz Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edən MOİK 7 xalla kuboku başı üzərinə qaldırıb. Yarışın gümüş medallarını aktivində 5 xal olan "Mil-Muğan", bürünc mükafata isə 3 xala malik "Araz Naxçıvan" komandası yiyələnib.
Orxan Cəfərzadə
- Baxış: 348