BMW-nin motosiklet bölməsi markanın gələcək skuterlərini təsəvvür etməyə imkan verən yeni konsept nümayiş etdirib. Concept Link elektrikli prototipi tənzimlənən oturacaq və müxtəlif idarəedici funksiyalar yerinə yetirən sensor klavişlər qazanıb. Görünüş baxımından skuter futuristik dizayndan savayı, qeyri-adi forma ilə diqqət çəkir. Konsept kifayət qədər alçaq alınsa da, bir qədər uzanıb. Oturacağı uzatmaqla tək yerlik skuteri iki yerlik nəqliyyat vasitəsinə çevirmək olar. Daha bir özəllik bağlanan əşya qutusunun olmasıdır. Oturacağın altında yerləşən bu qutunu yandan açmaq mümkündür. Skuterin göstəriciləri və bir sıra idarəedici funksiyaları ön hissədəki taçskrində təqdim edilir. Güc sistemi barədə isə xəbər yoxdur.
Cavanşir Məmmədzadə
- Baxış: 345