Turun son oyununda "Qalatasaray" səfərdə "Alanyaspor"la qarşılaşıb. Rəqib meydançasına 3 xal qazanmaq arzusu ilə yollanan "cim-bom" bu istəyinə çatıb. Qonaqlar 3:2 hesabı ilə qalib gələrək "Fənərbaxça" ilə xallarını bərabərləşdirib.
Əvvəlcə 15-ci dəqiqədə Bruma ilə hesabı açan Tüdorun komandası bundan iki dəqiqə sonra Sinan Gümüşlə fərqi atrırıb. 24-cü dəqiqədə ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıblar. Vaqner Lav komandasını heç-heçə üçün ümidləndirib. Amma Sinan Gümüş ilk yarımsaatın tamamına az qalmış yenidən iki topluq fərqi bərpa edib. İkinci hissədə bərabərlik üçün çox çalışan "Alanyaspor" yalnız bir qolla yadda qalıb. Vaqner Lav bu dəfə standart vəziyyədən fərqlənib. O, əllə oyuna görə təyin olunana penaltini dəqiq yerinə yetirib.
Alanyaspor - Qalatasaray 2:3
Qol: Vaqner Lav, 24; 76-pen - Bruma, 15., 17; 28.
Azad Rəfi
- Baxış: 318