• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 28.05.2017 14:24

Siqaret çəkmək istəyən Şəmkir rayon sakini partlayışa səbəb olub

KepezTV Player

Bu gün səhər saatlarında Şəmkirdə partlayış olub. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 40 yaşlı Araz Həsənov siqaret çəkmə istəyi faciə ilə nəticələnib. Belə ki, o yaşadığı evdə qaz sızdığını hiss etməyib və siqaret yandırıb. Elə bu zaman da partlayış baş verib. Hadisə nəticəsində Araz Həsənov yanıq xəsarətləri alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına gətirilib. O, Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Məlumat üçün bildirək ki,  Araz Həsənov anadangəlmə danışma və eşitmə qüsurludur. Faktla bağlı araşdırma aparılır.

Gülnar Fazilqızı