Ölkənin regionlarında çalışan oftalmoloqlar Gəncədə bir araya gələrək göz xəstəliklərinin müalicəsində bölgələrdə əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələri müzakirə ediblər. 10 şəhər və rayondan 120-ə yaxın alim-oftamoloqun qatıldığı “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 3-cü Regional” konfrans xəstəliklərin həllində qazanılan böyük təcrübə kimi qiymətləndirilir.
Oftamologiya sahəsində tibbi yeniliklərin birlikdə müzakirəsi, eyni zamanda hər bir oftamoloqun ümumi praktikasında təsadüf olunan problemlər, göz xəstəliklərinin müalicəsi və müayinəsi ilə bağlı məsələlər konfransda diqqət çəkən məqam olub. Bu sahədə təklifləri təqdim etmək və gündəlikdə duran “Refraksion cərrahiyyənin müasir aspektləri”, “Göz qapaqlarının və konyunktivanın bədxassəli yenitörəmələri”, “Blafaroptozların kompleks və müalicəsi” və digər mövzular ətrafında məruzələr dinlənilib.
Yazgül Abdıyeva- Milli Oftalmologiya Mərkəzinin elmi işçisi: “Oftamologiya sahəsində uğur dövlətimizn bu sahəyə diqqəti sahəsindədir. Hazırda ölkə alimlərimiz xarici konfranslarda olur, çıxışlar və müzakirələr edir. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun keçirdiyi layihələr planı sahəsində oftamologiya sahəsi xüsusi ilə inkişaf edir”.
Konfransda həmçinin Azərbaycanda oftamologiyanın yüksək inkişafından, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən də danışılıb. Cənubi Qafqazda müasir tələblər səviyyəsində ən son texnologiyalarla təchiz olunan mərkəzin ölkənin bölgələrində də filiallarının fəaliyyətə başlaması müsbət hal kimi dəyərləndirilib. Burada tibbin son nailiyyətlərinə əsaslanan müalicə və cərrahi əməliyyatlar aparılır.
Aytən Sultanova- Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi: “İnsanlar arasında artıq oftamologiya qarşı biliklər güclənib. Yerli kadrların hazırlanmasında ikinci konfransda qarşımıza qoyduğumuz məqsədin nümunəsini görürük. Artıq mərkəzin həkimlərinə müraciət edirlər, müxtəlif patalogiyalarda hansı müalicə və müayinələrin aparılması üçün öz üzərlərində çox çalışırlar. Mərkəzin həkimləri də onlara lazım olan köməklikləri əsirgəmirlər”.
Konfransda qaldırılan məsələlərin növbəti konfransadək öz həllinin tapılması tövsiyə olunub.
Elnur Vahidoğlu
- Baxış: 647