Gürcüstan və Azərbaycan müstəqiliyini bərpa etdiyi gündən sivil münasibətləri, iqtisadi-siyasi əlaqələri daim inkişaf edirir. Enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlıq qurulub, elektrik, qaz təchizatları sektorunda işgüzar əlaqələr yaradılıb. Bu fikirlər Gəncədə Gürcüstanın müstəqilliyinin ildönümü münasibətiylə keçirilən rəsmi qəbulda səsləndirilib. Hər iki ölkəni birləşdirən ortaq problemlərə, həll olunmamış münaqişələrə toxunulub. Bütün bunlara baxmayaraq, qonşu dövlətlərin əksər sahələrdə əlaqələrini uğurla inkişaf etdirdiyi, azərbaycanlı investorların Gürcüstana marağının artdığı diqqətə çatdırılıb.
Mamuka Balavadze- Gürcüstanın Gəncədəki baş konsulu: “Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsi üçün mühüm addımlar atılıb. Tezliklə layihə başa çatacaq. Bu bizi dost ölkə Türkiyənin vasitəsi ilə birbaşa olaraq Avropa ilə birləşdirəcək. Bu layihə regionun digər ölkələri üçün də iqtisadi səmərə verəcək”.
Vəfa Şairova
- Baxış: 1421