KepezTV Player
28 may Respublika Gününə həsr olunan turda yerli velosiped həvəskarları ilə yanaşı, paytaxtdan təşrif buyuran pedal ustaları da iştirak edib. Belə ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Ladies on bikes” komandasının üzvləri də yürüşə qatılıb. Sonuncular ölkəmizdə fəaliyyət göstərən həvəskar xanım velosipedçilərdən ibarət yeganə klubdur. 7 km məsafəni əhatə edən veloturda iştirakçılar Naftalan şəhərini dolaşıblar. Tədbirin sonunda yerli İcra Hakimiyyəti tərəfindən yarışın təşkilində yaxından dəstək verən Velosiped Federasiyasının rəsmiləri mükafatlandırılıb.
Azar Rəfi
- Baxış: 721