• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 25.05.2017 10:01

Dünya tarixində ilk dəfə “yanan buz” əldə olundu

Çinin Mərkəzi televiziyası böyük sevinc içərisində bəşəriyyət tarixində ilk dəfə yanan buz əldə etmələri barədə xəbər yayıb. Cənub Çin dənizinin dibindən alınan kimyəvi maddənin tərkibində su və təbii qaz var ki, onlar da yüksək təzyiq və aşağı temperatur nəticəsində kristal material əmələ gətirir. “Yanan buz”un ilk nümunələri 1,2 kilometr dərinlikdən çıxarılıb. Yeni maddə 99,5% metandan ibarətdir. Metanın bir kub metri buxar halında olan təbii qazın 160 kub metrinə bərabərdir. Belə nəticəyə gəlmək olar ki, 100 litr qazla avtomobil 300 kilometr məsafə qət edə bilirsə, deməli, 100 litr “yanan buz”la 50 000 kilometr yol getmək iqtidarındadır! Ancaq hələlik hər hansısa yanacaq inqilabının baş verdiyini söyləmək tezdir. Çünki yeni maddə perspektivli olsa da, çıxarılması çox qəliz və bahalı işdir. “Yanan buz” maddəsini aktiv axtaranlar arasında təkcə Çin yox, Yaponiya, Kanada və digər ölkələr də var.

 

Cavanşir Məmmədzadə