KepezTV Player
Kəpəz RPİ-nin əməkdaşları tərəfindən mayın 21-də Gəncə şəhər sakini Rəşad Cəfərlinin 100 manat pulunu, gümüş qolbağısını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini saxlanılıb. Məlum olub ki, cinayət əməlini törədən əvvəllər məhkum olunmuş Vüqar Həmzəyevdir. Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Gədəbəy RPŞ-nin əməkdaşları da oğurluq edən şəhər sakinini saxlayıblar. Əvvəllər məhkum olunmuş Əli Tağıyev mayın 22-də “Aztelekom” MMC-yə məxsus kabelin 150 metrlik hissəsini kəsərək oğurlamaqda, digər kabeli isə kəsərək zədələməkdə şübhəli bilinir. Faktlar araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 531