Maserati Levant krossoveri Novitecdən yeni versiya əldə edib. Daha əvvəl Maserati Levant modeli üçün paket təqdim edən alman tünerlər bu dəfə paketi yeniləyiblər. Öncəki kimi yenə də güc sisteminə cavabdeh 3,0 litrlik V6 tvin-turbomotordur, onun at gücü 494-ə bərabərdir. Ancaq yeni versiya sələfindən aqressiv görünüşünə görə seçilir. Eksteryer italyan krossoveri Hummer H2-dən daha iri göstərir. Maşının altına 22 düymlük disklər geyindirib, klirensini 2,54 mm azaldıblar. Salon da dəyişikliyə məruz qalıb. Novitec-dən olan Maserati Levant ilk 100 km/saat sürəti 4,8 saniyəyə yığır. Maksimal sürət isə 270 km/saatdır.
Cavanşir Məmmədzadə
- Baxış: 367