"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının son günü Azərbaycan millisi 7 medal qazanıb. Mükafatlardan 4-ü gümüş 3-ü isə bürüncdü. Uşu üzrə fərdi yarışlarda təmsilçiləirmiz 3 gümüş və 3 bürünc medala yiyələnib. Daha bir bir gümüş medala isə stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Yığmamız finalda İran tennisçilərinə uduzub. Beləliklə, Azərbaycan idmançıları İslamiadadakı çıxışlarını 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla, 162 medalla başa vurublar. Medal əyarında ölkəmiz birinci yeri tutub.
Orxan Cəfərzadə
- Baxış: 325