KepezTV Player
Dövlət Gömrük Komitəsi hava limanında İsrail vətəndaşına qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Komitənin mətbuat xidmətindən qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarşı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək".
Zülfiyyə Telmanqızı
- Baxış: 407