• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 22.05.2017 15:57

Goranboyda iri və xırda buynuzlu heyvanlar yolxucu və infeksion xəstəliklərə qarşı peyvənd olunur

KepezTV Player

Goranboyda fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırda buynuzlu heyvanlar yolxucu və infeksion xəstəliklərə qarşı peyvənd olunur. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tədbirlər planına uyğun olaraq həyata keçirilən profilaktik tədbirlər nəticəsində iribuynuzlu ev heyvanları Nodulyar Dermatit, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək və eyni zamanda brusellyoz xəstəliyinə qarşı vaksinasiyası aparılır. Rayonda 42 min baş iribuynuzlu, 220 min baş xırdabuynuzlu heyvan və 400 min baş ev quşu yetişdirilir. Artıq 200 min başadək xırdabuynuzlu heyvan qarayara, dabaq və çiçək xəstəliyinə qarşı peyvənd olunub. Ayın sonuna kimi bütün heyvanları vaksinlənməsi başa çatdırılacaq.

Fədail Quliyev- təsərrüfat sahibi: “Əvvəllər, 3-4 il bundan əvvəl heyvanlarımız qara yaradan, dabaqdan tələf olurdular. Amma indi Baytarlıq İdarəsinin həkimləri sağolsunlar mütəmadi olaraq gəlib qara yaraya, dabağa qarşı vaksinləri vururlar, nə lazımdı edirlər. İndi qoyunlarda, quzularda yaxşı vəziyyətdədirlər, heç bir xəstəlikləri də yoxdur”.
Elsevər Hüseynov- Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: “Dövlət tərəfindən verilən bu bio preparatlar xəstəliklərə önləyici xarakter kimi nəzərdə tutulur, və tədbirlər aparılır. Hal hazırda epizootik durum sabitdir. Heç bir infeksion xəstəlik qeydə alınmamışdır”.

Elton Cabbarlı