Moskvada keçirilən şahmat üzrə Qran prinin 2-ci mərhələsi yekunlaşır. Bu gün yarışda 8-ci turun qarşılaşmaları keçiriləcək. 18 şahmatçının iştirak etdiyi turnirdə azərbaycanlı qrossmeysterlər – Şəhriyar Məmmədyarov Peter Svidlerlə, Teymur Rəcəbov isə İsrail təmsilçisi Boris Gelfandla üz-üzə gələcək.
Məmmədyarov Çin şahmatçısı Dinq Lirenqlə hərəyə 4,5 xal olmaqla, liderlik kürsüsünü bölüşür. Teymur isə liderlərdən 0,5 xal arxada gələn 7 şahmatçıdan ibarət qrupda qərarlaşıb.
Azad Rəfi
- Baxış: 404