• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 20.05.2017 10:23

Ən güclü Renault Sanderonun eksklüziv versiyası peyda oldu

Renault Sandero RS heçbekinin yeni xüsusi versiyası peyda olub. Racing Spirit adını alan hot-heç Braziliyada satılacaq və cəmi 1500 ədəd olacaq. Qara rəngdə kuzov əldə edən avtomobilin yanları, xarici güzgüləri və əyləc mexanizmlərinin supportları qırmızı zolaqlarla boyadılıb. Heçbek 17 düymlük alüminium disklər də əldə edib. Salonda 1-dən 1500-dək bütün avtomobillərin öz nömrələri qeyd edilib. Renault Sandero RS Racing Spirit 2 litrlik 150 at güclü atmosfer mühərriklə hərəkətə gəlir. Motor 6 pilləli mexaniki sürət qutusu ilə birləşir. Hot-heçin yerindən 100 km/saat sürət yığmağı 8 saniyə çəkir, maksimal sürət isə 202 km/saat təşkil edir. Renault Sandero RS Racing Spiriti Braziliyada təxminən 66400 dollara qiymətləndiriblər. Bu pula alıcı, avtomobili kruiz-kontrol, gündüz işıq diodlu faralar, parktronik və 8 düymlük sensoru, eləcə də naviqatoru olan multimedia kompleksi ilə birgə alacaq.

Cavanşir Məmmədzadə