• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 19.05.2017 19:58

Sosial şəbəkədə tapdığı "dost" başına bəla oldu

KepezTV Player

Bu həyatda illərlə kəsilən duz - çörəyə, fədakarlıqlara bircə anda xətt çəkib silən dostlar varkən, üzünü görməyib, səsini eşitmədiyimiz sosial şəbəkə dostlarından hansı sədaqəti gözləyək? Və bununla bağlı gözləntimizin olması nə dərəcədə düzgündür. Əslində bütün bunları deməyə virtual dosta qurban gedən paytaxt sakininin başına gələnlər əsas verir. O, "dostuna" güvənib şərab içib dərdi sərini bir neçə saatlıq unutmaq istəyib, dostu isə bu fürsətdən istifadə edərək, onu əməlli-başlı dərdə salıb...

Bakı şəhər sakini Rafiq Məmmədov Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, bildirib ki, sosial şəbəkədə tanış olduğu Cahangir adlı şəxsin aprelin 25-də evinə gələrək onu döyüb və ciblərində 160 manat pul, mobil telefon , sənədlər olan gödəkçəsini aparıb. Daxil olan şikayət əsasında Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək saxlanılıb.

Qeyd edilən faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.