• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 829
— 18.05.2017 10:24

Yüngül ekzoskelet yaşlı insanları yıxılmadan qoruyacaq

Lozanna Federal politexnik məktəbinin araşdırmaçıları yüngül ekzoskelet hazırlayıblar. O, yaşlı insanları yıxılmadan qoruyacaq. Bildiyimiz kimi ahıllar müxtəlif səbəblərdən hərəkət koordinasiyası ilə bağlı çətinliklər yaşayırlar. Belə vəziyyətdə isə yıxılmaq və ciddi zədə almaq təhlükəsi yüksəkdir. APO adlı ekzoskelet isə bu cür halların qarşısını almağa hesablanıb. O, kəmər və kəmərə bitişik bu da bərkidilmiş elementdən ibarətdir. Adi gedişdə ekzoskelet hərəkətə gəlmir, ancaq sistem müəyyən etsə ki, sahibi balansını itirir, o zaman skelet budlara və çanağa aktiv dəstək göstərməyə başlayır. Nəticədə yıxılmadan qurtulmaq olar. APO-nun nə zaman istehsal olunacağı haqqında məlumat verilmir.

Cavanşir Məmmədzadə