Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.05.2017 13:16
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçiriləcək

U-23 millimiz final uğrunda oyunda Əlcəzair yığması ilə üz-üzə gələcək. Rəqibimiz mübarizə apardığı B qrupunu lider kimi başa vurub. Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandamız isə qrup ikincisi kimi yarımfinala yüksəlib.
Digər yarımfinal oyununda Kamerun Omanla üz-üzə gələcək.
İslam Həmrəylik Oyunları
Yarımfinal
18 may
12:30. Əlcəzair – Azərbaycan
18:30. Kamerun – Oman
Orxan Cəfərzadə
- Baxış: 470