KepezTV Player
Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı xeyli müddətdir axtarışda olan rayon sakini saxlanılıb. Cinayət Məcəlləsinin 8 maddəsi üzrə axtarışda olan Xəqani Əhmədli müxtəlif vaxtlarda həmyerliləri Zamiq Rzayev və digər şəxslərlə qabaqcadan əlbir olaraq rayon sakini Xəyal Həsənova hədə-qorxu gəlmək yolu ilə onun 3500 manat pulunu mənimsəyiblər. Məlum olub ki, qrup üzvləri eyni cinayət əməlini Yardımlı rayon sakininə qarşı da törədərək zorakılıq yolu ilə ondan 5300 manat pul əldə ediblər. 40 yaşlı Xəqani Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 360