Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2200 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 456