Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ötən gün Maykl Adamsı məğlub etməklə, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. Bu qələbə sayəsində Məmmədyarov 3 turdan 2 xal toplayaraq, 2-4-cü yerləri bölüşdürür. Digər şahmatçımız Teymur Rəcəbov isə yenə də erkən heç-heçəylə kifayətlənib. O, Aleksandr Qrişuk xalları yarı bölüb.
Bu gün keçiriləcək 4-cü turda Şəhriyar Salemlə qarşılaşacaq. Aktivində 1,5 xal olan Rəcəbov isə Fransisko Valyexoyla üz-üzə gələcək.
Orxan Cəfərzadə
- Baxış: 418