• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 12.05.2017 10:37

Dünyanın ən sürətli ofroudu hansıdır?

Toyota Land Cruiser ofroudlar arasında dünyada ən sürətli maşın adı uğrunda böyük nailiyyət qazanıb. Belə ki, avtomobilin tüninq olunmuş variantı Kaliforniya ştatında sınaqdan keçirilib və o, saatda 370 kilometr sürət yığıb. Bu göstərici, V12 biturbo motorlu Brabus tünerləri tərəfindən düzəliş edilmiş Mercedes-Benz GLK-in rekordundan 31 km/saat daha tezdir. Yapon maşının sükanı arxasında tanınmış yarış sürücüsü Karl Edvards əyləşib. Gediş üçün 4 kilometrlik uçuş zolağı seçilib. Pilota sürət yığmaq üçün 2,5 kilometr kifayət edib, qalan məsafə isə təhlükəsiz şəkildə dayanmağa hesablanıb. Müvəffəqiyyətə baxmayaraq, Brabuslu “mersedes”in göstərici rəsmi rekord kimi qalıb. Çünki Ginnesin rekordlar Kitabının mütəxəssisləri Toyota modelini yolsuzluq maşını kateqoriyasına daxil etməyiblər, baxmayaraq ki, Brabus Mercedes-Benz GLK-nı almaq mümkün olduğu halda yeni Toyota “Lənd Kruzer” yeganə layihədir.

Cavanşir Məmmədzadə