• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 11.05.2017 18:05

Qəzəlxan idi, oğru oldu

KepezTV Player

Əvvəlindən salan olsaydı əgər başə bizi, Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi. Deyəsən qəzəlxan Elməddin sələfi Vahidin qəzəllərindən də, əqidəsindən də xəbərsiz olub. Əks təqdirdə qələm götürüb, qəzəl yazıb, sonra da dağə daşə düşməzdi. Yox, o fitrən olan istedadının aşıb daşmasından belə etməyib, nəfsinə hakim kəsilməməkdir səbəb. Söz xiridarına bu cür əməli yaraşdırmaq çətin olsa da, bu belədir... Qəzəlxan Elməddinin dələduzluğu və polis əməkdaşlarına oxuduğu qəzəl növbəti videomaterialda...

3 dəfə oğurluq edib, haramın şirinliyinə aldanan qəzəlxan Elməddin Nagimov dördüncü dəfə eyni əməli təkrarladıqdan sonra Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Pul, qızıl əşyaları, qaz sayğacı - bunlar Elməddinin oğurladıqlarıdır. Ümumilikdə, 3 evi əhatə edən oğurluq faktlarının təfərrüatlarını isə özü daha düzgün sadalayır.

34 yaşlı Elməddin Nagimovun digər cinayətlərdə iştirakı da istisna olunmur. Faktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı