KepezTV Player
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəsmiləri Şəmkirdə bu rayonla yanaşı Tovuz, Ağstafa, Qazax və Gədəbəydən olan sahibkarlarla görüşüb. Qeyri-neft sektorunun inkşaf etdirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər, ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafı diqqət mərkəzində olub. Gömrük işinin səmərəli təşkili ilə əlaqədar atılan addımlar- “Bir Pəncərə”, ”Yaşıl dəhliz”, Elektron bəyannamə” və digər sistemlərin tətbiqi idxal-ixrac əməliyyatlarının daha tez həyata keçirilməsinə şərait yaratdığına diqqət çəkilib. Gömrük-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə belə tədbirlərin əhəmiyyətinə toxunulub. Gömrükçülər iş adamlarını maraqlandıran sualları da cavablandırılıblar.
Natiq Hüseyn
- Baxış: 770