KepezTV Player
Gəncədə keçmiş həyat yoldaşını bıçaqlayan, daha sonra özünə bıçaq xəsarətləri yetirən 29 yaşlı Ramin Qarayev dünyasını dəyişib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən gənc bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, hadisə mayın 9-da qeydə alınıb. Keçmiş həyat yoldaşı, 34 yaşlı Ülviyyə Alıyevaya bıçaq xəsarətləri yetirən Ramin daha sonra özünü bıçaqlamışdı. Xəstəxanaya yerləşdirilən 7 aylıq hamilə olan Ülviyyə Alıyevanın vəziyyəti isə normaldır, müalicəsi davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 1463