Hacıqabul polisi sakinlərdən narkotik vasitə götürüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Zaur Mikayılov saxlanılıb və onun üzərinə baxış keçirilib. Bu zaman 4 ədəd kibrit qutusuna qablaşdırılmış ümumi çəkisi 39, 06 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Məlum olub ki, Mikayılov marixuananı Hacıqabul rayon Udulu kənd sakini, 32 yaşlı Əli Abbasovdan 200 manata alıb. Ona narkotik vasitəni satan isə Şirvan sakini 38 yaşlı Elşən Məmiyev olub. Əli Abbasov bunun üçün ona 180 manat verib.
Yavər Eyvazov -müstəntiq: “Elşən Məmiyev tərəfimizdən polis şöbəsinə dəvət edilərkən onun üzərindən 4 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, E.Məmiyev Kür çayının sahilində də əkilib-becərilməsi qadağan olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür”.
Faktla bağlı tərəfimizdən cinayət işi başlanılıb, araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 722