4 aprel hadisələri xalqın yaddaşında 90-cı illərdən bəri qalan ümidsizliyi qırdı. Bunu həmin döyüşlərdə iştirak edən igid oğullarımızın göstərdiyi şücaət sübut edir. Azərbaycan Texnologiya Universitetinin fəxri qonağı olan 4 aprel döyüşçüsü Kamil Musavi həmin günlərdə baş verənləri tələbələrlə bölüşüb. 27 yaşlı ehtiyatda olan baş leytenant döyüşlər zamanı minaya düşərək xəsarət alıb.
Kamil Musavi- ehtiyatda olan baş leytenant: “Cəmiyyətdə dezinformasiya yayaraq qəsdən gənclərimizdə vətənpərvəlik ruhunu aşağı salan insanlar var. Biz də bunlara qarşılıq olaraq gənclərimizə gördüklərimizi ordumuzun səviyyəsini, dövlətimizin diqqət və qayğısını aşılamağa çalışırıq ki, gənclərimiz hər şeyi daha yaxşı, daha düzgün dərk etsinlər. Hökm deyil ki, əyninə forma geyinib səngərdə durub vətəni qoruyasan. Vətəni burada da qorumaq lazımdır. Öz yoldaşlarımıza, ailəmizə, övladlarımıza bunları təbliğ etmək lazımdır”.
Jalə Qurbanova
- Baxış: 871