UEFA Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçirilib. İspaniyada “Selta” və “Mançester Yunayted” final üçün mübarizə aparıblar.
Viqo matçının taleyini isə 1 qol həll edib. Oyun "qırmızı şeytanlar"ın minimal hesablı qələbəsiylə nəticələnib. Mankunianların gənc ulduzu Markus Reşford 67-ci dəqiqədə özünə qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsindən qola imza atıb – 1:0. Bu hesabla Pireney yarımadasından sərfəli nəticə ilə dönən "Mançester Yunayted" cavab qarşılaşması öncəsi finala yaxın olan tərəfdi
Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyun
4 may
“Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: M. Reşford, 67
Azad Rəfi
- Baxış: 347