• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 05.05.2017 10:03

Amerikalılar 460 at güclü hibridli pikap hazırladılar

Amerikanın Workhorse Group şirkəti bir neçə il bundan qabaq anons etdiyi hibridli pikapını indi göstərib. Daxili şəbəkə vasitəsilə enerji yığan W-15 pikapı təkcə elektromotorla təxminən 128 kilometr məsafə şütüyə bilir. Workhorse onun ilk gediş prezentasiyasını Kaliforniyada nümayiş etdirib. Ancaq xarakteristika sirr saxlanılıb. Ümumi güc 460-a bərabərdir. Söhbət iki elektromotor, Panasonic litium-ion batareyalar komplekti və generator rolunu oynayan kiçik benzin mühərrikin birgə gücündən gedir. Sonuncu yalnız elektroenerji yığmaq üçün istifadə olunur. İstehsalçılar inandırmağa çalışırlar ki, pikap 100 kilometrə 3,14 litr yanacaq sərf edir. 96 km/saatadək yerindən götürülmə isə 5.5 saniyə çəkir. Yeni 5 yerlik avtomobilin uzunluğu 5 metrə çatır, eni isə 2 metrdən bir qədər artıqdır. Maşın yüngül olsun deyə, kuzovun panelləri karbon materialından düzəldilib. Müştərilər ilk belə maşına gələn ildən qovuşacaqlar. Pikapın ilkin qiyməti təqribən 52 min dollar dəyərində proqnozlaşdırılır.

 

Cavanşir Məmmədzadə