KepezTV Player
Gəncədə qanlı olay yaşanıb. Şəhərin Məhsəti qəsəbə sakini 32 yaşlı Sakit Alıyev bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər TTYX-nın cərrrahiyə şöbəsinə yerləşdirilib. Ona döş qəfəsinin daxilə keçən yarası diaqnozu qoyulub və əməliyyat olunub, lakin bütün müdaxilələrə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs, Gəncə şəhər sakini, 33 yaşlı Elşən Mürsəlov isə könüllü olaraq polisə təslim olub. İstintaqa ifadə verən Mürsəlov mərhumla dost olduğunu və hadisəni şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı törətdiyini bildirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 608