Sosial şəbəkələrdə qeydiyyatdan keçməklə müxtəlif iş adamlarını barələrində guya rüsvayedici məlumatlar yaymaq, müxtəlif şirkətləri ictimaiyyət arasında nüfuzdan salma cəhdi. Bundan pul qazanmaq istəyənlərdən birinin arzusu əməllicə gözündə qaldı.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən MMC-lərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bunun davamlı hal almaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Abdullayev şikayətçidən 3500 manat pul alan zaman saxlanılıb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 909