• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2156
— 01.05.2017 10:03

VW yeni kompakt krossover göstərdi

Volkswagen markası tərəfindən yeni krossoverin “casus” görüntüləri yayılıb. Şirkət videoçarxda konsept kimi 2014-cü ildə təqdim olunan T-Roc maşınının seriyalı versiyasını göstərib. Kompakt yenilik alıcılar uğrunda Nissan Juke, Renault Captur və ya Jeep Renegade kimi avtomobillərlə mübarizə aparacaq. Görüntülərdən aydın olur ki, kütləvi istehsala hazır krossover konseptin ön hissəsini mənimsəyib. Buraya əsasən faraların və radiator barmaqlığının formasını aid etmək olar. Arxa tərəfin dizaynı isə böyük ehtimalla “Tiquan”ın son versiyasına bənzədiləcək. Motor qammasına 3 və 4 silindrli, həcmi 1-dən 1,5 litrədək benzin, eləcə də 1,6 və 2 litrlik dizel motorların daxil olacağı gözlənilir. Adi versiyada model mexaniki sürət qutusu və ön ötürücü sistemlə təklif ediləcək. Tam ötürücü sistem və robotlaşdırılmış sürət qutusu isə daha bahalı modifikasiyada peyda olacaq. Bəs Volkswagen T-Roc krossoverinin premyerası nə vaxt olacaq? Qeyri-rəsmi məlumatlara görə debüt elə bu ay baş tutmalıdır.

 

Cavanşir Məmmədzadə