Samsung şirkəti avtomobil və ya digər nəqliyyat vasitəsini idarə edərkən SMS-lərə problemsiz cavab vermək yolunu tapıb. Belə ki, smartfon sensorlarından və GPS siqnalından istifadə edən In-Traffic Reply sistemi sürücü sükan arxasında olarkən ona gələn mesajları əvvəlcədən seçilmiş şablon SMS-lə cavablandırır. Hazırda proqram Niderlandda sınaqdan keçirilir. In-Traffic Reply-ın hazırkı versiyası ancaq iki cavab bilir: Birincisi “mən sükan arxasındayam və cavab verə bilmirəm”. İkincisi isə əyləncə xarakterli animasiyalı cavabdır. Güman edilir ki, proqram tətbiqində, istifadəçilərin özləri tərəfindən də yaradılan variantlar olacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 279