Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verilib. Birinci yarış günü gimnastların halqa və topla fərdi, halqa ilə qrup çıxışları üzrə təsnifat yarışları baş tutub. Milli Gimnastika Arenasında keçirilən turnirdə 19 ölkədən 92 gimnast iştirak edir. İdmançılardan 34-ü fərdi proqramda, 58-i isə qrup hərəkətləri komandasının tərkibində bacarığını sərgiləyir. Dünya kubokuna sabah yekun vurulacaq.
Orxan Cəfərzadə
- Baxış: 340