Goranboyda kütləvi dava olub. Rayon mərkəzində yerləşən kafelərdən birində baş verən münaqişə nəticəsində rayon sakini 34 yaşlı Ramin Ağayev xəsarət alıb. Yaralı döyülmə xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Baxış: 414