• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 28.04.2017 12:15

Prosineçki bukmeker kontorunda uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “MozzART bet” bukmeker kontoruna pul qoyuluşu edib. Prosineçki dünən baş tutan qarşılaşmalardan 5-nə proqnoz verib.

O, “Sevilya” – “Selta” matçında (2:1) meydan sahiblərinin, “Vendsissel” – “Kopenhagen” (0:2) görüşündə isə qonaqların qələbə qazanacağını təxmin edib. Prosineçki “Anderlext” – “Şarlerua” (0:1) və “Atletik” – “Betis” (2:1) matçlarına “üst” proqnozunu (3+ qol) verib.

Millimizin çalışdırıcısı "Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki komandanın qol vuracağını qeyd edib. Prosineçki sözügedən kupona 10 min Serbiya dinarı yatırıb. 48 yaşlı çalışdırıcı qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə bağışlamaq fikrində olub. Ancaq onun qeyd etdiyi 5 oyunun 3-ü doğru olub. Mançester derbisində və “Anderlext” – “Şarlerua” matçında yanılıb.

Azad Rəfi