KepezTV Player
Bakının Nizami rayonunda fəaliyyət göstərən şadlıq sarayında toy mərasimi zamanı dava düşüb. 24 yaşlı Şərif Mustafayev qohumları ilə mübahisə edib. Nəticədə əlbəyaxa dava çıxıb. Bu zaman Mustafayev şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Qolunu şüşə kəsən, çoxlu qan itirən gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
- Baxış: 453