Jaguar şirkəti yeni nəsil XF Sportbrake modelinin tizerini nümayiş etdirib. Yeniliyin profilini Uimbldon turnirinin keçirildiyi tennis kortunda çəkiblər. Bu yarışın ortağı məhz Jaguardır. Universalı eyni adlı sedanın bazasında hazırlayacaqlar. XF Sportbrake həmin modeldən kuzovun ön hissəsini mənimsəyəcək və F-Pace stilində ərsəyə gələcək. Baqaj yeri 600 litr təşkil edir. Arxa oturacaqlar qatlandıqda bu göstərici 1700 litrə çatır. Jaguar XF Sportbrake universalının premyerası payızda Frankfurt avtosalonunda baş tutmalıdır.
Cavanşir Məmmədzadə
- Baxış: 338