Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir superturnirində istirahət günü olub. Təşkilatçılar yarışa qatılan dünya şöhrətli şahmatçıların asudə vaxtını səmərəli keçirmək və yaddaqalan etmək üçün müxtəlif tədbirlər keçirib. Əvvəlcə Zəka Mərkəzində seans təşkil olunub. Seansda sabiq dünya çempionu Vladimir Kramnik, FIDE reytinqində ikinci olan Uesli So, həmçinin Maykl Adams və Sergey Karyakin iştirak edib. Onlar 12 şahmat taxtası arxasında uşaq və yeniyetmələrlə şahmat oynayıb. Tədbirində sonunda avtoqraf paylayan tanınmış iti zəka sahibləri xatirə şəkilləri çəkdiriblər.
Daha sonra turnirin təşkilatçıları tərəfindən yerli olimpiya idman kompleksində mini-futbol yarışı reallaşıb. Birincilikdə 4 komanda qüvvəsini sınayıb. Bunlar şahmat və media yığması, Şəmkir İcra Hakimiyyətinin, həmçinin Sinerji qrupun komandası olub.
Azad Rəfi
- Baxış: 437