• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 857
— 26.04.2017 10:44

Xiaomi şirkətinin yeni Mi 6 modeli təqdim edildi

Pekində keçirilən təqdimat çərçivəsində Xiaomi şirkəti öz yeni flaqmanı Mi 6-nı təqdim edib. Təqdim olunmuş yeni model yuxarı və aşağı hissələrdən enli çərçivələrə, yumru kənarlara sahibdir. Mi 6, 1080x1920 piksel keyfiyyətli 5.15 düymlük ekranla təchiz olunub. Sözügedən model iki variantda təqdim edilir. Onlar sadəcə daxili yaddaş ilə fərqlənir. Digər göstəricilərə gəldikdə isə hər iki versiya 6 GB-lıq RAM və Snapdragon 835 prosessoru ilə təmin olunub. Onlardan biri 64 GB-lıq, digəri isə 128 GB-lıq daxili yaddaşa malikdir. Xiaomi Mi 6-nın 3350 mAs enerji tutumlu batareyası var. Smartfon, 12 MP-lik ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz edilib. Smartfonun korpusunun çərçivəsi poladdan hazırlanıb. Onun ön və arxa panelləri isə xüsusi əyilmiş şüşədəndir. Bu modelin ən bahalı versiyasının korpusu isə keramikadan hazırlanıb və bəzi qızılı detallarla bəzədilib. Barmaq izi skanı şüşənin alt hissəsində yerləşir. Smartfona qoşulmaq üçün nəzərdə tutulmuş girişlərdən isə yalnız USB-Type C reallaşdırılıb. Xiaomi Mi 6-nın səs gücləndiriciləri onun yuxarı və aşağı hissələrində yerləşir. Beləliklə istifadəçi tamamilə stereo səsləndirmədən həzz ala bilər. Mobil aparat 28 aprel tarixindən bazara çıxacaq. 64 GB daxili yaddaşı olan versiya 360$-a, 128 GB daxili yaddaşlı versiya 421$-a, keramik korpusu və 128 GB daxili yaddaşı olan versiya isə 435$-a satılacaq.

Cavanşir Məmmədzadə