KepezTV Player
Paytaxtda bıçaqlanma hadisəsi baş verib. Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsində 44 yaşlı Rüstəm Əhmədov naməlum şəraitdə bıçaqlanıb. Çoxlu qan itirən yaralı ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Həkimlərin sözlərinə görə, Əhmədovun vəziyyəti ağırdır. Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi tərəfindən hadisə yerində araşdırma aparılır. Yaralını dindirmək mümkün olmadığından hadisənin hansı səbəbdən baş verməsi və kim tərəfindən törədilməsi hələlik məlum deyil. Faktla əlaqədar cinayət işi açılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 476