• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 26.04.2017 12:44

Robert Prosineçki “Bursaspor”a keçir?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Türkiyənin “Bursaspor” klubunu çalışdıracağı haqda növbəti xəbərlər çıxıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, klub artıq Prosineçki ilə razılıq əldə edib və xorvatiyalı mütəxəssis gələn mövsümdən Bursa təmsilçisinə rəhbərlik edəcək.  

Qeyd edək ki, bu ilin yanvar ayında “Bursaspor” Prosineçkini baş məşqçi vəsifəsinə gətirmək istəsə də, o, müqaviləsinin sonuna qədər millimizi tərk etməyəcəyini bildirmişdi. 2014-cü ildə millimizlə 3 illik müqavilə imzalayan 48 yaşlı məşqçinin sözləşməsi bu ilin dekabrında başa çatır.  

Azad Rəfi